Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:04

Beynəlxalq müşahidəçilər partiya və media nümayəndələriylə görüşüblər


Səs: Real audio
Təşviqat qaydalarının pozulmasıyla bağlı MSK-ya 700-dən artıq şikayət daxil olub Seçkinin gedişini ATƏT-in Parlament Assambleyasından (PA) 60-a yaxın müşahidəçi izləyəcək. Bu barədə «Azadlıq» radiosuna təşkilatın nümayəndəsi Andreas Beyker məlumat verdi.



Müşahidəçilər qrupuna ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, konqresmen Alse Heystinq başçılıq edir. Florida ştatından olan cənab Heystinq ATƏT PA-nın tərkibinə daxil edilən yeganə amerikalıdır.



ATƏT PA-nın müşahidəçiləri ATƏT-in Seçkini Müşahidə Missiyası, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun təmsil etdiyi müşahidəçilərlə birlikdə işləyir. Seçkinin yekunları ilə bağlı Beynəlxalq Müşahidə Missiyası birgə hesabat verəcək.



Parlament Assambleyasının nümayəndəsi Andreas Beykerin verdiyi məlumata görə, dünən və bu gün müşahidə qrupunun üzvləri siyasi partiya və media nümayəndələriylə görüşlər keçiriblər. Görüşlərdə seçki ilə bağlı fikir mübadiləsi aparılıb.
XS
SM
MD
LG