Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:32

Seçki məntəqələri yaxınlığında polis postları qurulub


Səs: Real audio
Təşviqat qaydalarının pozulmasıyla bağlı MSK-ya 700-dən artıq şikayət daxil olub Mərkəzi Seçki Komissiyasından (MSK) verilən məlumata görə, noyabrın 5-i saat 8-dən namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatıb. Təşviqat qaydalarının pozulmasıyla bağlı isə MSK-ya 700-dən artıq şikayət daxil olub.



Səsvermə noyabrın 6-ı saat 8-də başlayıb, 19.00-da bitəcək. Seçki dairələrindən verilən məlumatlar MSK-nın İnternet səhifəsində yerləşdiriləcək. Seçkilər İnformasiya Mərkəzinin direktoru İqbal Babayev: «5000-dən artıq seçki məntəqəsi artıq səsverməyə hazırdır. Gün ərzində beş dəfə səsvermədə iştirak edənlərin faizi göstəriləcək».



Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə isə, asayişin təmin olunması üçün polis gücləndirilmiş iş rejiminə keçib. Seçki məntəqələri yaxınlığında polis postları qurulub. Daxili İşlər Nazirliyindən verilən məlumatda isə, strateji obyektlərin polis nəzarətində olduğu deyilir.
XS
SM
MD
LG