Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:20

Seçki kampaniyası necə keçdi?


Səs: Real audio
Rusiyanın RTR kanalından «Azadlıq» radiosuna bildirirlər ki, onların canlı yayım üçün avadanlıqlarla təchiz olunmuş maşınları sərhəddə saxlanılıb və ölkəyə buraxılmır "Bu vəziyyətdə seçkilər azad və ədalətli ola bilməz". Bunu "Hyuman Rayts Votç" insan haqları təşkilatının Cənubi Qafqaz üzrə nümayəndəsi Matilda Boqner deyir.



"Bəli, bu, mümkündür. Əgər seçki günü yaxşı keçərsə, layiqli seçkinin keçirilməsi hələ də mümkündür". Bunu isə ATƏT-in müşahidə missiyasının rəhbəri Geert Arens deyir. Fikirlər niyə ayrılır? Qiymət vermək niyə çətindir?



Seçki kampaniyası başlananda kim istəyirdi namizədliyi qeydə alındı. Bu, demokratiya baxımından, yəqin ki, yaxşıdır. Ancaq sonra 2000 namizəddən 500-nün namizədliyi ləğv olundu. Bu da yəqin ki, elə həmin baxımdan, yaxşı deyil. Çünki demokratiya geniş seçim istəyir.



Prezident sərəncam verdi ki, icra hakimiyyəti seçkiyə müdaxilə etməsin. Bu, yaxşıdır. Ancaq namizədlər şikayətlənirlər ki, müdaxilə edir. Bu, pisdir. Ən azı ona görə ki, bu şikayətlər araşdırılmır. Bu hətta Amerika səfiri Rino Harnişin də diqqətini çəkib.



Hakimiyyət mürəkkəbə icazə verdi. Bu, yaxşıdır. Ancaq mürəkkəb rəngsizdir, xüsusi texnika tələb edir. Müşahidəçilərdən birinin dediyi kimi, 30 metrdən bunu müşahidəçi görə bilməyəcək. Bu, pisdir. Çünki demokratiya aşkarlıq istəyir.



Siyahını uzatmaq olar: nə yaxşıdır, nə pisdir? Bunun özü də ayrıca sualdır.



Söhbətimizin qonaqları:



- Seçkilərə 33 müşahidəçi göndərən Avropa Liberal Gənclər Təşkilatının [LYMEC] müşahidəçilər missiyasının rəhbəri Yanki Pürsün;



- Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli;



- Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında seçki müşahidəsi üzrə ekspert Vasif Mövsümov.



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG