Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:43

Xarici TV-lərin seçkini canlı yayımlamasına icazə verilmir<p align=`left`><br><br>


Səs: Real audio
Rusiyanın RTR kanalından «Azadlıq» radiosuna bildirirlər ki, onların canlı yayım üçün avadanlıqlarla təchiz olunmuş maşınları sərhəddə saxlanılıb və ölkəyə buraxılmır Türkiyənin "İhlas" Xəbər Agentliyindən Müşviq Nadir deyir ki, onlar indiyə qədər istənilən vaxt Azərbaycandan efirə canlı çıxa biliblər. Ancaq parlament seçkisi günü buna icazə verilməməsi və səbəbinin izah edilməməsi təkcə onlara yox, bütün xarici telekanallar üçün gözlənilməz olub.



Milli Teleradio Şurasının [MTRŞ] sədri Nuşirəvan Məhərrəmli isə deyir ki, xarici kanalların Azərbaycandan peyk vasitəsilə canlı yayım verməsi ilə bağlı hər hansı qanunvericilik bazası yoxdur. İndiyə qədər onlar belə yayımlar edəndə Şuradan icazə almayıblar.



MTRŞ sədrinin sözlərinə görə, vəziyyətlə bağlı artıq müvafiq dövlət orqanları qarşısında məsələ qaldırılıb. Onlar buna münasibət bildirməlidirlər. Ancaq bu, bir günün içində həll olunacaq məsələ deyil.



"İnternyus-Azərbaycan" Təşkilatının hüquqşünası Rüfət Kazımova görə, MTRŞ vaxtında bu məsələni Mərkəzi Seçki Komissiyası ilə müzakirə etməli idi ki, belə vəziyyət yaranmasın.



Rusiyanın RTR kanalından isə «Azadlıq» radiosuna bildirdilər ki, onların canlı yayım üçün avadanlıqlarla təchiz olunmuş maşınları Rusiya-Azərbaycan sərhəddində saxlanılıb və ölkəyə buraxılmır.



Artıq Azərbaycana keçməyə macal tapmış "İhlas" Xəbər Agentliyi və digər xarici telekanalların peyk avadanlıqlarının isə ölkədən çıxarılacağı barədə məlumatlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG