Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:10

Noyabrın 5-i səhər saat 8-də təşviqat kampaniyası başa çatır


Səs: Real audio
Azərbaycanın dövlət başçısı Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılmasının iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət etmədiyini deyib Noyabrın 5-i səhər saat 8-də deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başa çatır. Bu haqda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da xəbərdarlıq edir.



Son məlumatlara görə, deputat mandatı uğrunda 1557 namizəd mübarizə aparır. Üstünlüyü bitərəflər təşkil edir. Siyasi bloklar arasında liderlik isə Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının yaratdığı «Azadlıq» blokuna məxsusdur. Adıgedən blok 125 dairədən 116-da mandat almaq uğrunda çalışır. 101 nəfər Yeni Azərbaycan Partiyasından, 72 nəfər Milli Hərəkat, Milli İstiqlal və Sosial Demokrat partiyalarının birləşdiyi «Yeni Siyasət» blokundan və 71 nəfər Liberal Partiyasından namizədliyini irəli sürüb.



«Azərbaycançı Qüvvələr Birliyi» blokundan 41, «Demokratik Azərbaycan» blokundan 37, iqtidaryönül «İslahat» partiyalar bloku və Ümid Partiyasının hər birindən isə 31 nəfər deputat mandatı uğrunda mübarizə aparır.

Günün bütün mövzuları

XS
SM
MD
LG