Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:59

Yeni Azərbaycan Partiyası mitinq-konsert keçirdi


Səs: Real audio
Azərbaycanın dövlət başçısı Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılmasının iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət etmədiyini deyib Noyabrın 4-də hakim Yeni Azərbaycan Partiyası (YAP) Dövlət Film Fondunun (keçmiş «Qələbə» kinoteatrı) qarşısında icazəli mitinq-konsert keçirdi. Əllərində «İlham Əliyevlə irəli!», «Demokratik cəmiyyət uğrunda!» şüarları tutmuş partiya fəalları metronun «20 Yanvar» stansiyasının yanından Dövlət Film Fondunun qarşısına qədər yürüş etdilər. Mitinq-konsertdə YAP-ın depuatlığa namizədləri çıxış etdilər.



Aksiyaya gələnlərin əynində YAP-ın emblemi olan gödəkçələr və papaqlar vardı. Onların arasında tələbələr və məktəblilər çoxluq təşkil edirdi.



YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı mitinqin mütəşəkkil keçdiyini deyir: «Bu tədbiri partiyamıza, prezident İlham Əliyevin siyasətinə ən böyük dəstək sayırıq».



Hakim partiyanın təbliğat kampaniyası müğənnilərin ifası ilə başa çatdı.
XS
SM
MD
LG