Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 21:55

İlham Əliyev Viktor Yuşşenkoya şikayətləndi


Səs: Real audio
Azərbaycanın dövlət başçısı Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılmasının iki ölkə arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə xidmət etmədiyini deyib Noyabrın 4-də Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycanın dövlət başçısı İlham Əliyevə telefonla zəng edib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda deyilir ki, prezidentlər Azərbaycanla Ukrayna arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etdiyini vurğulayıblar.



Ukrayna prezidenti Azərbaycanda qarşıdan gələn seçkilərə hazırlıq və son zamanlar gedən proseslərlə maraqlanıb. İ.Əliyev parlament seçkisinə hazırlıq işlərindən danışıb və ölkədə ümumi vəziyyətin normal şəkildə inkişaf etdiyini bildirib.



Azərbaycanda son vaxtlar baş verən proseslərə toxunan cənab Əliyev barəsində beynəlxalq axtarış elan edilmiş ADP sədri Rəsul Quliyevin Ukraynada saxlanıldıqdan sonra azadlığa buraxılmasının iki ölkə arasında ikitərəfli əlaqələrin, beynəlxalq təşkilatlar, o cümlədən GUAM çərçivəsində əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etmədiyini vurğulayıb.



Dövlət başçıları iki ölkənin Xarici İşlər nazirliklərinə Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün keçirilməsinə hazırlıq işlərinə başlaması ilə bağlı tapşırıq verilməsi barədə razılığa gəliblər.



Söhbət zamanı ikitərəfli əlaqələrin gələcək perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG