Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:31
Rubrikalar

Parlament seçkisi futbola da təsir göstərdi


Səs: Real audio
«Onların hərəkətləri nifrətə layiqdir» - Noyabrın 3-də Avropanın qadın voleybol klubları arasında Çempionlar Liqasının növbəti qrup oyunları keçirilib. Azərbaycanı təmsil edən «Azərreyl» Xorvatiyada yerli «Mladost» komandasına qarşı oynayıb. Meydan sahiblərinə 3:1 hesabı ilə qalib gələn «Azərreyl» turnir çərçivəsində ikinci qələbəsinə imza atıb.



- Kişilərdən ibarət basketbol klubları arasında Avropa "Çağırış Kuboku" uğrunda turnirin ikinci oyununda Bakının «Qala» komandası Rusiyanın «Ural-Qreyt» klubuna 83:71 hesabı ilə məğlub olub. «Qala» növbəti oyunu noyabrın 17-də Bakıda Ukraynanın «Ximik» komandasına qarşı keçirəcək.



- Noyabrın 5-də azyaşlılar arasında stolüstu tennis üzrə Azərbaycan birinciliyinin startı veriləcək. Birincilikdə Bakı və bölgələrdən 100-dən artıq idimançı qüvvəsini sınayacaq.



- Noyabrın 6-da keçiriləcək parlament seçkisi futbol üzrə Azərbaycan Kuboku uğrunda oyunların vaxtının dəyişməsinə səbəb olub. Noyabrın 6-na planlaşdırılan 1/8 final oyunları noybarın 6-dan ayın 5-nə dəyişdirilib.
XS
SM
MD
LG