Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:10

Prezident sabiq nazirləri ittiham etdi<p align=`left`><br><br>


Səs: Real audio
«Onların hərəkətləri nifrətə layiqdir» «Kim siyasətlə məşğul olmaq istəyir, getsin məşğul olsun, görüm necə məşğul olacaq. Amma burda oturmasın. Yox əgər belə deyilsə, onda hamı öz işi ilə məşğul olsun».



Bunu noyabrın 3–də prezident İlham Əliyev Nazirlər Kabinetinin doqquz ayın yekunlarına həsr olunmuş iclasında söyləyib.



Ölkə başçısı dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs edilmiş sabiq Səhiyyə və İqtisadi İnkişaf nazirləri Əli İnsanov və Fərhad Əliyevin böyük iddiada olduğunu bildirib: «Fərhad Əliyev ən çox inhisarçılıqdan danışan, amma ən böyük inhisarçı, ən böyük korrupsioner, ən böyük rüşvətxor idi, onun nazirliyində bir dənə də arayış pulsuz verilmirdi. Əli İnsanov öz müraciətində yazıb ki, onun hərəkətləri bağışlanılmazdır, nifrətə layiqdir. Onların hərəkətləri nifrətə layiqdir. Mən bu hərəkətlərdən iyrənirəm».



Prezident parlament seçkisinin çox normal şəkildə keçəcəyinə ümid etdiyini də bildirib: «Seçkidən sonra Azərbaycanın hərtərəfli inkişafı üçün yeni imkanlar, yeni üfüqlər açılacaq».



İlham Əliyev müxalifət partiyalarının ünvanına da kəskin tənqidlər səsləndirib, onları dövlət çevrilişinə cəhddə təqsirləndirilənlərlə əlbir olmaqda ittiham edib.



İlham Əliyev onu da deyib ki, həbsə alınan məmurlar müxalifəti maliyyələşdiriblər. İcazəsiz mitinqlərin keçirilməsinə pul ayırıblar. O, hətta müxalifətin keçirdiyi icazəsiz aksiyalarda xəsarət alanlara 400 dollar verildiyini deyib.



Prezidentin tənqid etdiyi müxalifət partiyalarından birinin – Müsavat partiyasının rəhbəri İsa Qəmbər müşavirədə səslənən fikirləri əsassız sayır: «Əgər İlham Əliyev öz məmurlarıyla haqq-hesab çəkmək istəyirsə, çəksin, buna etirazımız yoxdur. Amma müxalifəti bu məsələyə qatmasın».



İsa Qəmbər icazəsiz aksiyalarda xəsarət alanlara pul verilməsi barədə deyilənləri də təkzib edir.



«Azad və şəffaf seçkilər uğrunda» Məşvərət Şurasının eksperti Əli Abbasov isə hesab edir ki, prezidentin seçki kampaniyası vaxtı müxalifəti tənqid etməsi seçki prosesinə müdaxilə sayıla da bilər, sayılmaya da.



Onun sözlərinə görə, bunun səbəbi Azərbaycan qanunlarında olan ziddiyətdir. Əli Abbasovun fikrincə, prezidentə partyia sədri olmaq hüququ verilib, halbuki məntiqlə o, bütün xalqın prezidentidir və onun bir partiyaya sədrlik etməsi ziddiyyət sayıla bilər:



«Bir tərəfdən o fərman verib ki, icra strukturları seçkiyə müdaxilə etməsin, amma özünün dedikləri müdaxilə kimi anlaşıla bilər. O biri tərəfdən isə, o, da partiya sədridir və müxalifət partiyalarının sədrləri kimi o, da kimisə tənqid edə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG