Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:26

<i>«Üç nöqtə»</i>: «MTN mütəşəkkil dəstəni zərərsizləşdirib»


Səs: Real audio
MCQMİ-də saxlanan Natiq Əfəndiyevin bayıldığı bildirilir «Üç nöqtə» qəzetindəki «MTN mütəşəkkil dəstəni zərərsizləşdirib» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, dəstə üzvləri narkotik maddələrin satışı ilə məşğul olurmuş. Məqalədə bildirilir ki, oktyabrın 26-da keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Əli Bayramlı sakini olan üç nəfər saxlanıb. Onlara məxsus avtomobilə baxış zamanı külli miqdarda narkotik maddə, o cümlədən 597 qram marixuana, habelə bir ədəd tüfəng və 39 ədəd patron aşkar edilib. Müəllif yazır ki, dəstənin üzvləri bu işləri mütəmadi gördüklərini deyiblər.



«Azadlıq» qəzetinə müsahibəsində Norveç Krallığının Azərbaycandakı səfiri Steynar Gil deyib ki, prezident İlham Əliyevin seçkilərlə bağlı sonuncu sərəncamını alqışlayır. O, eyni zamanda bildirib ki, müxtəlif mənbələrdən daxil olan məlumatlara görə, ölkə başçısının sərəncamı icra olunmur. Steynar Gil həmçinin bildirir ki, deputatlığa namizədlərə xeyli problemlər yaradılıb. Hətta bəzi namizədlərə fiziki güc tətbiq olunduğu da bildirilir.



Norveçli səfir məhkəmə qərarı olmadığı üçün dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilən nazirlərlə bağlı məsələyə münasibət bildirməyib. Cənab Gil onu da söyləyib ki, əgər seçki prosesində saxtakarlıq halları olsa və etiraz aksiyaları başlasa, baş verənlərə beynəlxalq təşkilatlardan sərt reaksiyalar veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG