Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:47

ADP sədrinin müavininin səhhətinin ağırlaşdığı bildirilir


Səs: Real audio
MCQMİ-də saxlanan Natiq Əfəndiyevin bayıldığı bildirilir Daxili İşlər Nazirliyinin (DİN) Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (MCQMİ) saxlanan Gəncə Şəhər Polis İdarəsinin sabiq rəisi, ADP sədrinin müavini Natiq Əfəndiyevin səhhəti ağırlaşıb. Bu barədə «Azadlıq» radiosuna onun həyat yoldaşı Səltənət Əfəndiyeva məlumat verdi.



Natiq Əfəndiyevin vəkili Vüqar Xasıyev də bildirir ki, bir neçə gün əvvəldən etdiyi müraciətə baxmayaraq, müdafiə etdiyi şəxslə yalnız noyabrın 3-də görüşə bilib. Vəkil cənab Əfəndiyevdə bir neçə dəfə bayılma müşahidə etdiyini deyir. O, müdafiə etdiyi şəxsin MCQMİ-də fiziki zorakılığa məruz qaldığı qənaətindədir. Cənab Xasıyev bu fikrə keçmiş polis rəisindən eşitdiyi «məni burdan təcili çıxarın» sözündən sonra gəlib.



DİN-in Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidovsa nazirliyin idarələrində saxlanan şəxslərə zor tətbiq edilməsi barədə deyilənlərin həqiqətəuyğun olmadığını deyir.



Bir neçə gün əvvəl Nəsimi Rayon Məhkəməsi Natiq Əfəndiyevi üç ay müddətinə azadlıqdan məhrum edib. Vəkil Vüqar Xasıyevin dediyinə görə, proses onun iştirakı olmadan sabiq polis rəisinin saxlandığı Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində keçirilib. Vəkil bildirir ki, hətta məhkəmə qərarından sonra da N.Əfəndiyevi müvəqqəti saxlama təcridxanasına köçürməyiblər.



Natiq Əfəndiyev oktyabrın 16-da ADP sədri Rəsul Quliyev, sabiq nazirlər Fərhad Əliyev və Əli İnsanovla birgə dövlət çevrilişinə cəhddə, qanunsuz silah-sursat əldə etmə və saxlamada təqsirli bilinərək həbs edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG