Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:33
Rubrikalar

«Azpetrol»da yoxlamanın ilkin nəticələri açıqlanıb


Səs: Real audio
Mats Yan Soderberqin Azərbaycan qanunlarını pozaraq dini fəaliyyətlə məşğul olduğu deyilir Vergilər Nazirliyi ölkənin ən böyük yanacaqdoldurma stansiyaları şəbəkəsinə malik "Azpetrol" şirkətində yoxlamanın ilkin nəticələrini açıqlayıb.



Nazirlikdən bildiriblər ki, yoxlamalar zamanı "Azpetrol"a məxsus yanacaqdoldurma məntəqələrindən birinin qanunsuz tikildiyi, bir sıra hallarda yanacaqdoldurma məntəqələrindəki nəzarət-kassa aparatlarının vergi orqanlarında qeydiyyata alınmadığı müəyyəndirilib.



Nazirliyin bildirdiyinə görə, şirkətin inzibati binası, təchizat bazası və gəmilərinin yan alması üçün priçal üçün icarə haqqı bir neçə dəfə aşağı salınıb, bununla da külli miqdarda vergilərin dövlət büdcəsindən yayındırılması üçün şərait yaradılıb. Yoxlama davam etsə də, "Azpetrol" fəaliyyətini davam etdirir. Şirkətin rəhbəri Rafiq Əliyev dövlət çevrilişinə cəhddə günahlandırılaraq həbs edilib.



- Dünya bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. Dövlət Neft Şirkətindən verilən məlumata görə, indi "Azeri light" markalı neftin bir barreli 59 dollar, «Ural» markalı neftin bir barreli isə 52 dollardır.



- Noyabrın 3-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 598, 1 avro 5 548, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG