Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

İsveç vətəndaşı Azərbaycandan çıxarılıb


Səs: Real audio
Mats Yan Soderberqin Azərbaycan qanunlarını pozaraq dini fəaliyyətlə məşğul olduğu deyilir Dini İşlər üzrə Dövlət Komitəsindən verilən məlumata görə, «Mədh» kilsəsinin dəvəti ilə Bakıya gələn İsveç vətəndaşı Mats Yan Soderberq Azərbaycandan çıxarılıb. Komitənin sədr müavini Elçin Əsgərov deyir ki, cənab Soderberq Azərbaycan qanunlarını pozaraq dini fəaliyyətlə məşğul olub: «Burda dini azadlığa qarşı heç bir hərəkət yoxdur».



«Mədh» kilsəsindən verilən məlumata görə isə, İsveç vətəndaşı Mats Yan Soderberqə Azərbaycandan çıxarılmasının səbəbi izah olunmayıb. Kilsənin pastoru Rasim Xəlilov onun hərəkətlərində qanunsuzluq olmadığını bildirir: «Mən onun haqqında deyilənlərlə razı deyiləm».



«Mədh» kilsəsi Dini İşlər üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçib. Səkkiz ildir ki, Bakıda fəaliyyət göstərir.

Günün bütün mövzuları

XS
SM
MD
LG