Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:00
Rubrikalar

Cüdoçu qızlar Tbilisidən 8 medal gətirib


Səs: Real audio
Müsavat Partiyasının başqanı «bizim heç vaxt inqilab ssenarimiz olmayıb» - deyir - Noyabrın 4-də Rusiyanın paytaxtı Moskvada velosiped idmanı üzrə Dünya kuboku yarışlarının startı veriləcək. Turnirdə Azərbaycanı Məhəmməd Ələkbərov təmsil edəcək.



- UEFA-nın baş katibi Lars Krister-Olssen Bakıdadır. O, Qazax, Tovuz, Yevlax, İmişli və Lənkəranda inşa edilən idman qurğuları ilə tanışlıqdan sonra noyabrın 3-də AFFA rəhbərliyi ilə görüşüb, Federasiyanın tikilməkdə olan yeni ofsinə baş çəkib.



- Gürcüstanda cüdoçu qızlar arasında «Prezident kuboku» uğrunda beynəlxalq turnir sona çatıb. Cüdo Federasiyasının əməkdaşı Elnur Kələntərlinin verdiyi məlumata görə, Azəbaycan cüdoçularından 3 nəfəri qızıl, 5 nəfəri isə bürünc medal şazanıb.



- Avropa Həvəskar Boks Assosiasiyası qitənin ən yaxşı dəri əlcək ustalarının reytinq cədvəlini açıqlayıb. 11 çəki dərəcəsi üzrə hazırlanan siyahıda 69 kq-da Azərbaycan boksçusu Ruslan Xairov birinci pillədədir.



- Beynəlxalq Güllə Atıcılığı Federasiyasının yeni reytinq siyahısında isə İradə Aşımova bir pillə geriləyib. 10 metr məsafəyə atəş açmaqda o, 17-ci pillədən 18-ə enib.
XS
SM
MD
LG