Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:36

ATƏT-in 640 nəfərlik qısamüddətli müşahidəçiləri Bakıdadır<p align=`left`><br><br>


Səs: Real audio
Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq istəmir Seçki günü bütün dairələrdə monitorinq aparacaq ATƏT-in 640 nəfərlik qısamüddətli müşahidəçiləri Bakıdadır. Bu haqda təşkilatın Müşahidə Missiyasının rəhbərinin köməkçisi Haydi Smit məlumat verdi. Missiya seçkinin ertəsi günü ilkin, altı həftə sonrasa yekun hesabatını açıqlayacaq.



ABŞ və bir sıra beynəlxalq qurumlar bəyan edirlər ki, onlar seçkinin qiymətləndirilməsində əsas kimi ATƏT-in hesabatını götürəcəklər.



ATƏT-in ilkin hesabatının təqdimatında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçiləri də iştirak edəcəklər. Onlar seçkiylə bağlı ilkin təəssüratlarını açıqlayacaqlar. Amma AŞPA müşahidəçiləri ATƏT-dən fərqli olaraq iki yox, bir hesabat hazırlayacaqlar ki, onun təqdimatı da bir qədər yubanacaq.



Bu haqda məlumat verən Avropa Şurası İnformasiya Ofisinin direktoru İlqar İbrahimli deyir ki, artıq AŞPA-nın 47 nəfərlik missiyası Azərbaycandadır.

Günün bütün mövzuları

XS
SM
MD
LG