Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:49

<i>«525-ci qəzet»</i>: «ABŞ gələn il Ermənistana Azərbaycandan iki dəfə çox yardım ayıracaq»


Səs: Real audio
Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq istəmir «Üç nöqtə» qəzetindəki «Çevrilişə cəhdlə bağlı həbs olunanların sayı 12-yə çatdı» başlıqlı məqalədə Elməddin Muradlı yazır ki, həbs edilənlərin arasında sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin şəxsi tapşırıqlarını yerinə yetirən nazirlik əməkdaşları da var. Məqalədə bildirilir ki, istintaq zamanı müəyyən edilib ki, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn anti-konstitusion hərəkətlərin maliyyələşdirilməsi üçün keçmiş nazir kifayət qədər vəsaiti Fikrət Yusifova verib.



Müəllif yazır ki, seçki ərəfəsində açılan bu cinayət işinin maraqlı olduğu qədər də müəmmalı tərəfləri var. Belə ki, baş verənlərlə bağlı həbs edilən bir neçə nəfərin istintaqa verdiyi ifadə AzTV-də göstərilib. Amma əsas müqəssir sayılan iki nəfər - Fərhad Əliyev və Əli İnsanovdan səs-soraq yoxdur. Hüquq-mühafizə orqanları heç baş səbəbkarı, ADP lideri Rəsul Quliyevi də istintaqa cəlb etməyə hazırlaşmır. Müəllifə görə, bu halda hadisələrdə kifayət qədər ciddi pərdəarxası məqamların olduğunu düşünməyə əsas yaranır.



«525-ci qəzet»dəki «ABŞ gələn il Ermənistana Azərbaycandan iki dəfə çox yardım ayıracaq» başlıqlı məqalədə Vüqar Orxan yazır ki, Birləşmiş Ştatlar Ermənistana 75 milyon dollar həcmində təmənnasız yardım edəcək. Məqalədə bildirilir ki, bu barədə ABŞ-ın 2006-cı maliyyə ili üçün xarici yardımlar paketi Konqresin hər iki palatasının Uzlaşdırma Komissiyasında qəbul edildikdən sonra məlum olub.



Müəllif yazır ki, gələn il üçün ABŞ hökumətinin Azərbaycana birbaşa edəcəyi maliyyə yardımının həcmi isə 35 milyon dollar kimi göstərilir. İşğalçı dövlətə yardımları hər il artıran konqresmenlərin qənaətinə görə, iqtisadi vəziyyəti yaxşı olan Azərbaycanın maddi köməyə ehtiyacı yoxdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG