Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:09

Seçki prezidentin ümidinə qalıb


Səs: Real audio
Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq istəmir Bəzi ekspertlər bu fikirdədir



Seçki Texnologiyaları İnstitutunun rəhbəri Şirzad Məmmədli bildirir ki, seçicilərin səslərinin saxtalaşdırılıb-saxtalaşdırılmayacağı dövlət başçısının iradəsindən asılı olacaq:



"Azərbaycanda seçicilərin səsi təşkil olunan qaydada saxtalaşdırılır. Hər hansı məktəb direktoru bunun yuxarıların sifarişi olmasa, təşkil edə bilməz".



Şirzad Məmmədlinin sözlərinə görə, dövlət başçısının həm 11 may, həm də 25 oktyabr sərəncamları göstərdi ki, o, şəxsən azad və ədalətli seçkilərdə maraqlıdır. Üstəlik, bir sıra dövlət məmurunun işdən çıxarılaraq haqlarında cinayət işinin açılması da sadə insanların hakimiyyətə inamını bir xeyli gücləndirib.



Bununla belə, Şirzad Məmmədli qeyd edir ki, dairələrdən gələn xəbərlər o qədər də optimist əhval-ruhiyyəyə əsas vermir. Bir çox icra strukturları hələ də seçkinin gedişinə müdaxilələrini davam etdirirlər. Bəs belə olan halda dövlət başçısı həmin icra strukturlarını niyə dayandırmır?



Şirzad Məmmədli: "Bəlkə o, bunu tədricən hayata keçirmək istəyir. Ancaq həqiqətən prezident iradə nümayiş etdirməli, baş verən özbaşınalıqların qarşısını almalıdır. Əks halda, görülən işlərin bir xeyri olmayacaq".



«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə hesab edir ki, sadəcə, dövlət başçısı həmin icra orqanları ilə bacara bilmir. Əks halda, heç bir dövlət başçısı sərəncamının işləməməsi ilə razılaşmaq istəməz.



Ərəstun Oruclu düşünür ki, azad və ədalətli seçkilərin keçiriləcəyinə ümüdlər çox azdır. Çünki hakimiyyət seçki islahatlarını axıra qədər aparmadı. Onun sözlərinə görə, Azərbaycanın seçki tarixində ən çox saxatalaşdırmalar protokolların dəyişidirilməsi ilə həyata keçirilib. Hətta əksər məntəqələrdə bir seçici bir namizədə səs versə belə, heç kim zəmanət verə bilməz ki, komissiyalar protokolları dəyişməyəcək.



Seçki Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədli də hesab edir ki, komissiyaların indiki formatı onların neytrallığı gümanına gəlməyə əsas vermir. Məhz elə bu səbəbdən də bir sıra dairə seçki komissiyaları sifarişlə hərəkət edərək bəzi müstəqil namizədlərin vurulub sıradan çıxarılmasında iştirak etdilər. Ancaq bütün bunlarla belə, Anar Məmmədli ruh düşkünlüyünə də asas görmür. Onun sözlərinə görə, hər şey xalqın tutacağı mövqedən asılı olacaq:



"Heç bir ölkədə seçkini saxtalaşdırmaq istəyən məmurların sayı xalqın sayından çox ola bilməz. Kim seçkini saxtalaşdırmağa çalışacaqsa, gec-tez bunun cavabanı verməli olacaq".
XS
SM
MD
LG