Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:50

Açaram sandığı, tökərəm pambığı...


Səs: Real audio
Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq istəmir Keçmiş maliyyə nazirinin ifadəsinə əsasən açılan cinayət işiylə bağlı fikirlər müxtəlifdir



Vaxtilə Amerikanın Respublikaçılar İnstitutunun nümayəndəsi Elvisi Bakıda öldürəndə polis bir nəfəri tutmuşdu. Həmin adam özü deyirdi ki, Elvisi o, öldürüb. Sonra Amerikadan müstəntiqlər gəldi. Dindirdilər və buraxdılar ki, Elvisi bu öldürməyib.



İndi bu gün Fikrət Yusifov və ya Əli İnsanov dövlət çevrilişi cəhdini boyunlarına alırlarsa, bu, o deməkdirmi ki, bu faktdır?



Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, keçmiş yüksək rütbəli məmurların efirdə bir çox məsələləri etiraf etməsini adi bir hal sayır. Başqa bir tərəfdən o, bir qədər ehtiyatlı yanaşmanın tərəfdarıdır. Onun fikrincə, ola bilər ki, keçmiş maliyyə nazirinin dedikləri düzdür, amma nazirlərin kiməsə pul verməsində və ya kimisə qarşılamağa hazırlaşmasında cinayət tərkibi yoxdur. Digər tərəfdən, Mahmud Hacıyev hesab edir ki, 50-100 min dollarla dövlət çevrilişinə cəhdin özü inandırıcı səslənmir:



"Bunlar keçmiş dövlət məmurlarıdır... Yəni bunların çətinliklərə o qədər də dözümü yoxdur... Həyatdan təcrid olunaraq təcridxanaya salınmaları, yaxşı keyfiyyətli yeyib-içməkdən qalmaları onlara təsir edir. Ona görə də hardasa fikirləşirlər ki, ... mənə fiziki zor tətbiq edə bilərlər. Televizordu da, qoy çıxıb deyim ki, bəli, mən Rəsul Quliyevə 40 min dollar yardım etdim".



Vəkillər Kollegiyasının üzvü Abbas Əliyevsə deyir ki, əgər keçmiş nazirlər özləri məsələni olduğu kimi etiraf edirlərsə, burda inanmamalı bir məsələ qalmır.



"Adisad" Hüquq Firmasının rəhbəri Adil İsmayılova görə, təqsirləndirilən şəxsin efirdə bütün günahları öz üzərinə götürməsi hələ onun həmin cinayəti etməsi demək deyil. Adil İsmayılov deyir ki, "etiraf sübutların şahıdır" fikri Sovet dövründə çox məhşur olsa da, hüquqi dövlətlərdə bu belə olmamalıdır.



Amma vəkil Abbas Əliyev keçmiş yüksək rütbəli məmurların təzyiqlərə məruz qalmalarıyla bağlı mətbuatda gedən yazılara aydınlıq gətirilməsi baxımından onların televiziyada dindirilməsini düzgün addım sayır.



Keçmiş polis rəisi Mahmud Hacıyev isə istintaq yekunlaşmadan təqsirləndirilən şəxslərin efirə çıxarılmasını mənfi qiymətləndirir. O hesab edir ki, bu, həm dövlət məmurlarını, həm də əhalini qorxu, xof altında saxlamaq məqsədi güdür.
XS
SM
MD
LG