Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:44

«Azadlıq» bloku mitinq-konsert keçirməyəcək


Səs: Real audio
Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq istəmir Müsavat, Demokrat və Xalq Cəbhəsi partiyalarının birləşdiyi «Azadlıq» seçki bloku noyabrın 4-də mitinq-konsert keçirmək niyyətindən daşınıb. Qərar blokun Sədrlər Şurasının son toplantısında qəbul olunub.



Blokun Mərkəzi Seçki Qərargahının rəhbəri Pənah Hüseyn deyir ki, noyabrın 4-ü Ramazan byaramı olduğundan müxalifət qarşıdurma yaratmaq, icazəsiz aksiya keçirmək istəmir.



«Azadlıq» bloku noyabrın 4-də Respublika Stadionunda (ehtiyat variant «Nərimanov» kinoteatrının qarşısı) mitinq-konsert keçirmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Amma meriya bloka tədbir keçirmək üçün şəhər kənarında yer təklif etmişdi.
XS
SM
MD
LG