Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:14

Barat Nuriyevin namizədliyi ləğv olundu


Səs: Real audio
Osman Gündüzün namizədliyinin ləğvi haqda Dairə Seçki Komissiyasının şikayətinə isə noyabrın 3-də baxılacaq 20 saylı Nərimanov seçki dairəsindən deputatlığa namizəd, Dövlət Əmlak Komitəsinin keçmiş sədr müavini Barat Nuriyevin namizədliyi ləğv olunub. Onun qeyri-qanuni təbliğat apardığı, seçiciləri pulla əllə aldığı bildirilir. Cənab Nuriyev son günlər həmin dairədən rəqibi Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyevin qardaşı Adil Əliyevin xeyrinə namizədliyini geri götürməklə bağlı təzyiqlə üzləşdiyini bildirirdi.



109 saylı Balakən seçki dairəsindən deputatlığa namizəd Osman Gündüz haqda Dairə Seçki Komissiyasının (DSK) şikayətinə isə Apellyasiya Məhkəməsi noyabrın 3-də baxacaq. DSK-dan verilən məlumatda bildirilir ki, cənab Gündüz seçicilərə pul paylayaraq ona səs vermələrini istəyib. Amma namizəd özü bunu təkzib edir.



Mərkəzi Seçki Komissiyasından verilən son məlumatda isə deyilir ki, namizədliyi ləğv olunanların sayı 500-ü ötüb.



13 nəfərin namizədliyi məhkəmə vasitəsilə ləğv edilib. Yerdə qalanlarsa özləri namizədliyini geri götürüblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG