Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

22 mindən artıq mürəkkəb balonu gətirilib<p align=`left`><br><br>


Səs: Real audio
Müsəlmanlar fitrə verməli, yəni imkansızlara yardım etməlidirlər Bu günədək ölkəyə 22 mindən artıq mürəkkəb balonu və 10200 lampa gətirilib.



Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdindəki Müstəqil Mətbuat Mərkəzindən verilən məlumata görə, 3300 lampa və 10 mindən çox balon Gürcüstandan, 8 min balon və 2500 lapma isə Danimarkadan gətirilib.



Eyni zamanda, ABŞ Beynəlxalq İnkişaf Agentliyi də MSK-ya 4 min balon və 4400 lampa təqdim edib.



«Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» prezident İlham Əliyevin 25 oktyabr 2005-ci il tarixli sərəncamı və Mərkəzi Seçki Komissiyasının «6 noyabr 2005-ci ildə Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə keçirilən seçkilərdə seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair Təlimat»ına uyğun olaraq, səsvermə zamanı seçicilərin barmaqları gözlə görünməyən mürəkkəblə işarələnəcək.
XS
SM
MD
LG