Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:18

İTV balansı pozmaqda günahlandırılır


Səs: Real audio
İTV-nin direktoru bununla razılaşmır İctimai Televiziyanın (İTV) seçki mövzusunda hazırladığı müsbət məlumatların 99,7 faizi Yeni Azərbaycan Partiyası, hökumət və ona yaxın qurum və şəxslər haqda olub. İTV-nin digər bloklar və təşkilatlar barədə yaydığı informasiyaların əksəriyyəti neytral xarakter daşıyıb.



İTV-nin monitorinqini aparan Nəcəf Nəcəfov Fondu bu nəticəyə gəlib. Monitorinqin məqsədi sözügedən televiziyanın ölkə həyatının bütün sahələrinin, ilk növbədə ictimai-siyasi sahənin tarazlaşdırılmış və obyektiv surətdə işıqlandırıb-işıqlandırmamasının müəyyən etməkdir. Fond eyni zamanda hökumətin və ya başqa qurumların İTV-nin işinə müdaxiləsi və ictimai şüuru öz xeyrinə formalaşdırmaq istəyinin səviyyəsini araşdırmaq istəyib.



İTV-nin direktoru İsmayıl Ömərov hakim partiya ilə bağlı daha çox müsbət informasya verilməsilə bağlı deyilənlərlə razılaşmır. O, İTV-nin verilişlərinə daha çox müxalifətçiləri dəvət etdiklərini, ancaq eyni zamanda hökumətdən deyil, həmin şəxslər tərəfindən təzyiqə məruz qaldıqlarını deyir.



Nəcəf Nəcəfov Fondu İTV-nin monitorinqinə sentyabrın 1-də başlayıb. Sifarişçi Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəliyidir.
XS
SM
MD
LG