Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:54
Rubrikalar

«Azərreyl» «Mladost»a qarşı


Səs: Real audio
Azərbaycanda «quş qripi» xəstəliyinin olub-olmamasını müəyyən etmək üçün gələn həftə növbəti yoxlamalara başlanılacaq - Noyabrın 3-də Avropanın qadın voleybol klubları arasında Çempionlar Liqasının növbəti qrup oyunları keçiriləcək. Yarışlarda Azərbaycanı təmsil edən «Azərreyl» komandası Xorvatiyada yerli «Mladost» klubuyla qarşılaşacaq.



- Kişi basketbolçular arasında Azərbaycanı «Çağırış Kuboku» turnirində isə ölkə çempionu «Qala» komandası təmsil edir. Noyabrın 3-də «Qala» Rusiyanın «Ural Qreyt» komandasını qəbul edəcək. İlk matçda isə «Qala» Ukraynada yerli «Ximik»ə məğlub olmuşdu.



- AFFA-nın İntizam Komissiyası ölkə çempionatının bir neçə klubunu cərimə edib. Futbolçuların kobud rəftarına görə «Turan», «Neftçi», «Göyəzən», «Şahdağ-Samur», «Araz» və «Bakı» komandaları 85 milyon manat məbləğində cərimələniblər.



- Azərbaycan cüdoçuları isə Bakı birinciliyinə hazırlaşır. Noyabrın 4-də startı veriləcək çempionatda 200-dən artıq idmançı mübarizə aparacaq.
XS
SM
MD
LG