Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:58

Avtobuslarda biletsiz gedən sərnişinlər cərimələnəcək


Səs: Real audio
Azərbaycanda «quş qripi» xəstəliyinin olub-olmamasını müəyyən etmək üçün gələn həftə növbəti yoxlamalara başlanılacaq Noyabrın 2-dən etibarən şəhərlərarası marşrut üzrə hərəkət edən avtobuslarda biletsiz gedən sərnişinlər şərti maliyyə vahidinin on misli miqdarında cərimə ediləcək. Qanunvericiliyə görə, şərti maliyyə vahidi 5.500 manatdır.



Beynəlxalq marşrut üzrə hərəkət edən avtobuslarda sərnişinlərin biletsiz getməsinə görə isə, şərti maliyyə vahidinin iyirmi misli miqdarında cərimə gözlənilir.



Şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusda sərnişinlərin biletsiz aparılmasına görə şərti maliyyə vahidinin on beş misli, eyni xətanın beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda baş verməsinə görə isə şərti maliyyə vahidinin otuz misli miqdarında cərimə nəzərdə tutulur.



Bu cərimələr «Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi haqqında» qanunda nəzərdə tutulub.
XS
SM
MD
LG