Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:56

Mütəxəssislər «quş qripi»nə qarşı peyvəndə ehtiyac görmürlər


Səs: Real audio
Azərbaycanda «quş qripi» xəstəliyinin olub-olmamasını müəyyən etmək üçün gələn həftə növbəti yoxlamalara başlanılacaq Bu haqda «Azadlıq» radiosuna Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidmətinin rəis müavini Emin Şahbazov məlumat verdi: «723 köçəri quşdan götürülən qan analizlərinin nəticələri göstərdi ki, həmin quşlarda xəstəlik yoxdur. Noyabr quşların daha çox gəldiyi aydır. Nəzarəti gücləndirmək üçün yeni yoxlamaya da başlanılacaq».



Cənab Şahbazov «quş qripi»nə qarşı vaksinlərin gətirilməsinə ehtiyac olmadığını da deyir: «Ölkə ərazisinə sınaqdan keçməmiş vaksinlərin gətirilməsi düşünülməmiş addımdır. Əgər effektli olsaydı, Rusiya istehsal etdiyi vaksinlərlə buna başlayardı. Hollandiyada, başqa ölkələrdə də vaksinləşmədən istifadə olunmur. Həm də vaksinlər ya zəiflədilmiş, ya da aktivləşdirilmiş olur. Ölü olmur. Diri vaksini ölkəyə gətirmək düz deyil. Bu, adətən böyük fəlakət olanda gətirilir. Xəstəliyin qarşısını almaq üçün biz hər şey edirik. Əlimizdən gəlməyən isə xəstə quşların uçub gəlməsinin qarşısını almaqdır».



Səhiyyə Nazirliyi Sanitar-Epidemioloji Şöbəsinin rəisi Viktor Qasımov da hazırda ölkəyə vaksinlərin gətirilməsinə ehtiyac olmadığını deyir: «Ancaq profilaktik işlər aparılır».



«Quş qripi» xəstəliyi Azərbaycanla sərhəd olan Türkiyə və Rusiyada da aşkar olunub. Xəstəliyin qarşısının alınması üçün dövlət büdcəsinin ehtiyat fondundan vəsait ayrılıb. Sərhədlərdə isə dezinfeksiya işləri görülür.
XS
SM
MD
LG