Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:20

Eldar Salayevin apellyasiya şikayəti təmin olunmadı


Səs: Real audio
"Güc strukturları siyasi partiya bloklarının və deputatlığa namizədlərin müəyyən olunmuş yerlərdə keçirdikləri tədbirlər və seçkiqabağı təşviqat zamanı qanun pozuntuları və təxribatlara yol verməyib" Noyabrın 2-də Apellyasiya Məhkəməsi Milli Elmlər Akademiyasının sabiq prezidenti, akademik Eldar Salayevin apellyasiya şikayətini təmin etməyib. Müdafiə tərəfi Nəsimi rayon Məhkəməsinin akademik haqda çıxardığı üç aylıq həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı qərarın ləğv olunmasını istəyirdi. Apellyasiya Məhkəməsi şikayəti əsassız sayıb.



E.Salayev oktyabrın 27-də Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Oktyabrın 29-da isə Nəsimi rayon Məhkəməsi onun haqqında üç aylıq həbs-qətimkan tədbiri seçib.



E.Salayev Cinayət Məcəlləsinin 28, 220.1 (kütləvi iğtişaşa hazırlıq) və 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG