Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:18

Xof mühiti...


Səs: Real audio
Ayrıca, vətəndaşlar seçici vəsiqəsi olmadan da səs verə bilərlər «Bunu yalnız kütləvi repressiyalarla yaratmaq olar»



BMT-də insan haqları üzrə məsləhətçi statusu olan "Hyuman Rayts Votç" "Öyrənilməmiş dərslər" adlı son hesabatında yazır ki, Azərbaycanda qorxu mühiti yaradılır, o cümlədən müxalifətə qarşı.



Bu gün mən namizədliyini müstəqil şəkildə Salyan rayonundan verən bir alimin vəkili ilə söhbət edirdim. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsə ən müxtəlif səviyyələrdə təzyiqlər edilir ki, o namizədliyini geri götürsün. Vəkil bilmək istəyirdi ki, müdafiə etdiyi həmin alim namizədliyini geri götürməsə, ona nə edə bilərlər. Çünki həmin namizəd nə dövlət qulluğunda çalışır, nə də hər hansı biznes strukturları var. Ancaq vəkil öz sualına özü də belə cavab verirdi ki, alim olanda nə olar? Onun da müəyyən biznes strukturlarına malik qohumları var, yəqin ki, qohumlarını incidə bilərlər.



Vəkilin sözlərinə görə, həmin alim kimi bir sıra bitərəf namizədlər var ki, mübarizəni axıra qədər davam etdirəcəkləri təqdirdə müxtəlif təzyiqlərlə üzləşəcəklərindən ehtiyat edirlər.



Müstəqil siyasətçi Zərdüşt Əlizadə yada salır ki, bu günlər 500-ə yaxın namizəd ən müxtəlif səbəblər üzündən seçki marafonunu dayandırmalı olub. Onların çoxu ya hakim Yeni Azərbaycan partiyasının siyahısına düşə bilməyən bu partiyanın üzvləri, ya da bitərəflərdir. Zərdüşt Əlizadənin sözlərinə görə, onların bir qismi məhz hakimiyyətin təzyiqləri üzündən namizədliyini geri götürməli olub.



Başqa bir siyasi müşahidəçi Vahid Qazi isə deyir ki, seçki ərəfəsində tək bir qisim namizədlər yox, həm də hakimiyyət və müxalifət də müəyyən məsələlərdən ehtiyatlanır. Vahid Qazı deyir ki, hakimiyyət ilk dövrlər, xüsusilə «məxməri inqlablar»ın Azərbaycanda da təkrarlanmasından ehtiyatlanırdı. Amma son hadisələr hakimiyyətin bir qədər özünə inamını bərpa edib.



Müxalifətsə ehtiyatlanır ki, seçkidə yenidən uduza bilər. Çünki başa düşürlər ki, bu məğlubiyyət 2003-cü illə müqəyisədə onları daha ağır duruma sala bilər.



Qorxu mühiti keçən dəfə seçkilərdən sonra yaranmışdı, bu dəfə seçkilərdən qabaq. Müşahidəçilər hesab edirlər ki, bu, bu dəfə səsvermənin az-çox demokratik keçiriləcəyindən xəbər verir. Çünki əvvəllər hakimiyyət seçki günü istədiyini edəcəyinə əmin idi. Ona görə təzyiqləri daha çox seçkidən sonrakı dövrə – nəticələrin elan edilməsi dövrünə saxlayırdı. İndi isə hakimiyyət başa düşür ki, "exit-poll" və başqa amillər total saxtakarlığa imkan verməyəcək. Ona görə də indidən xof yaratmaqla, istəyinə nail olmaq istəyir.



Vahid Qazinin sözlərinə görə, bir halda ki, siyasi qüvvələr arasında bir növ çəkingənlig hökm sürür, onda bu dəfəki seçkilərdən də tam ədalət və şəffaflıq gözləmək düzgün olmazdı. Bununla belə, o, da etiraf edir ki, bütünlükdə cəmiyyətin xof içərsində olduğunu demək də düzgün olmazdı.



Sıravi vətəndaşlar onlara imkan verildiyi təqdirdə öz iradələrini ortalığa qoyacaqlar. Və çoxu bunu açıq şəkildə dilə gətirməkdən də çəkinmir. Vahid Qazi düşünür ki, yalnız kütləvi repressiyalarla bütünlükdə əhalinin gözünü qorxutmaq olar. Bu isə onun sözlərinə görə, sadəcə qeyri-mümkündür.
XS
SM
MD
LG