Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 12:16

«Molla Nəsrəddin» müsabiqəsinin qalibləri müəyyənləşdi


Səs: Real audio
Ayrıca, vətəndaşlar seçici vəsiqəsi olmadan da səs verə bilərlər IV Beynəlxalq "Molla Nəsrəddin" Karikatura Müsabiqəsinin "Qran-Pri" mükafatına Qazaxstandan Galim Baranbayevin əsəri layiq görülüb.



Azərbaycan Karikaturaçılar Birliyi, Türkiyə səfirliyinin mədəniyyət və informasiya müşavirliyi və "Azərfoto" agentliyinin təşkil etdiyi müsabiqədə azərbaycanlı Bayram Kamalov isə "Dəryaz" qəzetinin xüsusi mükafatını alıb.



Karikaturaçılar Birliyinin prezidenti Seyran Cəfərli müsabiqəyə 35 ölkədən 200-dən artıq əsərin təqdim edildiyini deyir:



"Artıq ilk qaliblər müəyyənləşdirilib. Baş priz olaraq 200 dollar pul mükafatına Qazaxstandan Galim Baranbayevin əsəri layiq görüldü. Qalan yerlərə də mükafatlar verilib. "Dəryaz" qəzetinin mükafatı Azərbaycandan Bayram Kamalova verilib".



Müsabiqə terrorizm mövzusunda keçirilib. Qaliblər yerli münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Seyran Cəfərlinin sözlərinə görə, müsabiqənin yekunu olaraq bu günlərdə yarışın kataloqu çap etdiriləcək və sərgisi açılacaq. Bu ilin sonunda isə V Beynəlxalq "Molla Nəsrəddin" Karikatura Müsabiqəsinə start veriləcək.
XS
SM
MD
LG