Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:12

Sovet pasportu və «forma 9» bu seçkidə də kara gələcək<p align=`left`><br><br>


Səs: Real audio
Ayrıca, vətəndaşlar seçici vəsiqəsi olmadan da səs verə bilərlər MSK-nın noyabrın 1-də keçirilən toplantısında komissiya üzvləri belə razılığa gəliblər.



Bu haqda «Azadlıq» radiosuna MSK-nın mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib. Cənab Sarıyev onu da bildirib ki, komissiya seçici vəsiqələrinin ləğv edilməsi ilə bağlı qərar çıxarmayıb. Çünki bu, müvafiq qanunvericiliyə ziddir.



Azər Sarıyev həmçinin bildirir ki, əvvəlcə seçicilərin hər birində şəxsiyyəti təsdiqləyən sənəd kimi şəxsiyyət vəsiqəsinin olması vacib şərt sayılırdı. MSK-nın üzvləri bu məsələyə dair də razılığa gəliblər. 6 noyabr parlament seçkilərində seçicilər Sovet dönəmindən qalan pasportlardan və "9 saylı arayış"dan ["forma 9"] da istifadə edə biləcəklər.
XS
SM
MD
LG