Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:34

Daha bir məsələdə Qərbə qarşı...


Səs: Real audio
Təşkilatın proqram direktoru Tom Barri: «Rəsmi dairələr dəvətnamə göndərəcəklərinə söz versələr də, sənəd bizə yalnız iki həftə əvvəl çatıb. Belə vaxt azlığı isə rəsmi nümayəndə heyətinin təşkil olunmasına imkan vermir» Söhbət bayram ərəfəsində qiymət artımından gedir



Qərbdə Kristmas, yəni Milad bayramı olanda hamı qiymətləri salır. Azərbaycanda əksinədir, bayram ərəfəsində qiymətlər qalxır. İndi Azərbaycan Orucluq bayramı ərəfəsindədir.



Mən Bakıda "28 May" metro stansiyası ətrafındakı bazarda alıcılarla söhbət etdim. Onlar bayramqabağı qiymətlərdə bir qədər artım olduğunu dedilər.



Amma bunu mövsümlə bağlayan ekspertlər də var. Xüsusən tərəvəzin və meyvənin qiymətindəki artımlar bununla əlaqələndirilir. Amma elə mallar da var ki, məsələn ət, yağ, qənd – bunların qiymətindəki artımların səbəbini mövsümlə bağlamaq çətindir.



Mən satıcılarla da söhbət etdim. Onlar qiymələrin bir qədər artmasını etiraf etdilər, amma onu da dedilər ki, bu, onların işi deyil. Onlar iddia edirlər ki, qiymətləri topdansatış məntəqələri qaldırır.



Azərbaycanda qiymət artımları başqa bayramlarda – Novruz, Yeni il, Qurban bayramlarında da müşahidə olunur.



İqtisadçı Azər Mehtiyevin sözlərinə görə, bu, alış-verişlə məşğul olan təbəqədə Sovet dövründən formalaşmış bir psixologiyadır. Amma onun fikrincə, qiymət artımında bəzi mal və məhsulların satışını nəzarətdə saxlayan inhisarçıların da əli olmamış deyil.



Adətən dini bayramlarda qiymətlərin qaldırılması bəzi insanlarda daha çox qıcıq yaradır. Xüsusən də dindar insanlarda.



Bakıdakı "Təzə Pir" məsçidinin axundu Hacı Faiz Nağızadə deyir ki, dini nöqteyi-nəzərdən bayramlarda qiymətləri süni şəkildə qaldırmaq düzgün deyil. Amma onun fikrincə, alış-veriş aləminin qanun-qaydasına müdaxilə etmək onların işi deyil.



İqtisadçı ekspert Azər Mehtiyev isə deyir ki, ümumiyyətlə, dünyada biznesmenlərin bayramlarda daha çox pul qazanmaq üçün istifadə etdikləri iki əsas metod var. Bunlardan biri odur ki, qiymətlər aşağı salınır, endirimlər edilir və buna görə satışın həcmi çoxalır. Bələliklə də biznesmen qiymət baha olacağı halda qazanacağından daha çox gəlir əldə edir. Qərb ölkələrində daha çox bu metoddan istifadə olunur. Başqa bir metod isə odur ki, biznesmen onsuz da bayram ərəfəsində tələbatın artdığını bilir və əlavə gəliri qiymətlərin artırılması hesabına əldə etməyə çalışır. Azərbaycanda isə bu metoddan istifadəyə üstünlük verirlər. Çünki yerli bazar o qədər də böyük deyil.
XS
SM
MD
LG