Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:21
Rubrikalar

Taekvandoçular İsrail açıq çempionatının qalibi oldular


Səs: Real audio
Natiq Əfəndiyevin vəkili ittihamları əsassız sayır - Noyabrın 2-də Macarıstanda qılıncoynatma [sabliya, şpaqa və rapira] üzrə Avropa çempionatı başlanır. Çempionatda Azərbaycan dörd idmançı ilə təmsil olunacaq.



Noyabrın 2-də Səbinə Əmrahzadə, Sevil Bünyatova və Aidə Ələsgərova şəxsi birincilikdə qüvvəsin sınayacaq. Cəlil Ələsgərov isə noyabrın 3-də mübarizəyə qoşulacaq. Çempionata noyabrın 5-də keçiriləcək komanda yarışları ilə yekun vurulacaq.



- İrlandiyada kişi həndbolçular arasında «Çellenc Trofi» - "Mükafata çağırış" kuboku uğrunda turnir sona çatıb. Azərbaycan yığması turnirin gümüş medalını qazanıb.



- Noyabrın 2-də qadın voleybolçular arasında Avropa Çempionlar Liqası turnirinin ilkin seçmə qrup mərhələsində 3-cü turun oyunlarına start veriləcək. Noyabrın 3-də «Azərreyl» Xorvatiyada yerli «Mlodost» komandası ilə qarşılaşacaq. Çempionlar Liqasının oyunları çərçivəsində «Azərreyl» bir məğlubiyyət və bir qələbəyə imza atıb.



- Kanadanın Monreal şəhərində fiqurlu konkisürmə üzrə beynəlxalq turnir sona çatıb. Yarışda Azərbaycanı təmsil edən İqor Luka ilə Kristin Freyzer 4-cü olublar.



- İsraildə isə taekvandoçuların beynəlxalq yarışında Azərbaycan idmançılarından Fəqan Umudov və Təvəkül Bayramov qızıl, Samir Aydınov isə gümüş medal qazanıb.Ümumi hesabda Azərbaycan komandası birinci olub.
XS
SM
MD
LG