Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:06

«PA Consulting Group» 65 dairədə «exit-poll» keçirəcək


Səs: Real audio
«Məqsəd isə kütləvi etiraz aksiyaları, itaətsizliklə nəticələnə biləcək seçki saxtakarlığı iddialarının qarşısını almaqdır» ABŞ-ın «PA Consulting Group» şirkəti noyabrın 6-da parlament seçkisi zamanı «exit-poll» keçirəcəyi dairələri müəyyənləşdirib. Sorğu 65 dairənin hər birindən 15 məntəqədə keçiriləcək.



Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi «exit-poll»un məqsədi səsverməni müstəqil və obyektiv şəkildə qiymətləndirməkdir. Bu məntəqələr təsadüfi qaydada seçilib.



«Exit-poll» zamanı məntəqədən çıxan seçicilərə Azərbaycan dilində olan anket təqdim olunacaq. Anket seçicinin yaşı, cinsi və səs verdiyi namizədi soruşan üç sualdan ibarət olacaq. Sorğunu keçirən şəxslər hər beş, yaxud yeddi seçicidən birinə yaxınlaşacaq. Onlar məntəqənin 5-10 metrliyində dayanacaqlar.



«PA Consulting Group» «exit-poll»un ilkin nəticələrini noyabrın 6-ı gecə, yekun nəticələri isə bir gün sonra yayacaq.
XS
SM
MD
LG