Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:39

«Economist Intelligence Unit»: «Müxalifətə parlamentdə daha çox yer veriləcək»<p align=`left`><br><br>


Səs: Real audio
«Məqsəd isə kütləvi etiraz aksiyaları, itaətsizliklə nəticələnə biləcək seçki saxtakarlığı iddialarının qarşısını almaqdır» «Növbəti iki ildə Azərbaycanda prezident İlham Əliyev hakimiyyətini möhkəmləndirəcək, ancaq eyni zamanda siyasi səhnəni dəyişdirmək cəhdləri də ola bilər ki, bu da hakim elitanın bəzi üzvlərinin dövlət başçısına meydan oxumasıyla müşahidə oluna bilər. Parlament seçkisiylə bağlı qarşıdurma da istisna deyil».



"Economist Intelligence Unit" (EIU) İqtisadi Araşdırma Mərkəzinin 2006-2007-ci illər üçün proqnoz hesabatında belə deyilir.



Mərkəzin proqnozuna görə, hakimiyyət müxalifətin parlamentdə daha çox təmsil olunmasına imkan verəcək. Məqsəd isə kütləvi etiraz aksiyaları, itaətsizliklə nəticələnə biləcək seçki saxtakarlığı iddialarının qarşısını almaqdır.



Təşkilatın hesabatında Azərbaycanın Amerika və Rusiya ilə münasibətlərindən də bəhs olunur. Deyilir ki, əvvəllər Birləşmiş Ştatlar Azərbaycanda yarımavtoritar rəhbərliklə işləməyə hazır idi, çünki bu, qarmaqarışlıqdan yaxşı idi: «İndi siyasət dəyişib. Amerika üçün Azərbaycan rəhbərliyinə göstərəcəyi təzyiqin miqyasını müəyyənləşdirmək çətin olacaq. Elə cənab Əliyev üçün də regional münasibətləri tənzimləmək asan olmayacaq. O, Birləşmiş Ştatlarla sıx təmaslar saxlamalı və Rusiya, İran, eyni zamanda nisbətən kiçik ölkələr olan Ermənistan və Türkmənistanın ədavətinin qarşısını almalı olacaq».



Amerika-İsrail «Stratfor» Araşdırmalar Mərkəzinin ekspertlərinə görə isə, bu ilin sonunadək Ağ Ev rəsmi Bakıya hərbi əməkdaşlıq təklif edəcək və Azərbaycan ərazisində radiolokasiya stansiyaları yerləşdirmək istəyəcək.



«Gün-səhər» qəzetinin baş redaktor müavini Natiq Məmmədli beynəlxalq mərkəzlərin Azərbaycan reallığını əks etdirdiyini, ancaq tamam əhatə etmədiyini deyir. Onun fikrincə, seçkidən sonra Azərbaycanda siyasi elitada deyil, digər sahələrdə pozitiv dəyişikliklər gözləniləndir.



"Economist Intelligence Unit" İqtisadi Araşdırmalar Mərkəzinin hesabatında daha sonra deyilir ki, Azərbaycanda Ümumi Daxili Məhsul gələn il 25 faiz artacaq, çünki neftlə yanaşı qaz istehsalı da başlayır: «2006-cı ilin dövlət büdcəsinin 2005-ci ilə nisbətən daha çox kəsiri olacaq, səbəb əvvəlkinə nisbətən neft qiymətinin daha yüksək götürülməsidir».



Ancaq mərkəz ümid edir ki, neft qiymətləri hökumətin proqnozundan daha yüksək olacaq.



EIU 50 ildir ki, dünyada bizneslə məşğul olan şirkətlər üçün proqnozlar hazırlayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG