Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:28
Rubrikalar

Yeni «Əsli və Kərəm»


Səs: Real audio
"Seçki kampaniyası polis zorakılığı və qorxutma ilə müşayiət olunur" Bu «İz»də:



- Yeni "Əsli-Kərəm"dən və həm də mədəni əməkdaşlıqdan söz açacaq;



- İki yaradıcı ruhu qovuşduran «Yaşasın insan» videoklipinin izinə düşəcək;



- Kompakt videodiskin nə olduğunu dəqiqləşdirəcək;



- «Mentalitet dolması»nı dadacaq;



- və... hər dəfə teatr və kino sənətçiləri Kamran Yunislə Günay Mikayılovanın açıqlamalarını eşidəcəksiz.



BÖYÜK FÜZULİ RUMINCA "DANIŞDI"



Görəsən, rumınca "qəzəl" necə səslənir? Məsələn, "Yarəb, bəlayi-eşq ilə qıl, aşina məni" rumınca becə olardı?



Füzulinin Rumıniyada qəzəllər kitabının çıxdığını eşidəndə ağlıma gələn ilk fikir bu oldu.



Ancaq Nəsimi adına Dilçilik İnstitutunun direktor müavini, professor Məsud Mahmudova ilk sualım başqa oldu: - Necə oldu ki, Füzuli rumınca "danışdı"?



Məsud Mahmudov: "Bu yaxınlarda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovdan bir məktub aldım. Çox sevindirici bir məktub idi. Məktubunda yazırdı ki, Füzulinin qəzəlləri tanınmış türkoloq Nevzat Yusif tərəfindən rumın dilinə tərcümə olunub... Kitabda böyük şairimizin divanından 74, "Leyli və Məcnun" poemasından 22 qəzəl yüksək peşəkarlıq və ustalıqla tərcümə olunub..."



YENİ "ƏSLİ VƏ KƏRƏM"



Müharibə fonunda qarabağlı oğlanla erməni qızı arasında eşq hekayəsi. İranın Azərbaycanla müştərək "Ay suda" filmi bundan bəhs edir. Filmə "Əsli və Kərəm" dastanından bəzi əlavələr olunub.



Aparıcı: Yeni "Əsli və Kərəm"i qarabağlı köçkünün erməni qızına vurulmasından bəhs edən kino-dastan adlandırmaq olarmı?



Kamran Yunis [Orxan rolunun ifaçısı]: "Bu film tam olaraq "Əsli və Kərəm" dastanı deyil. Bu hardasa "Əsli və Kərəm"in dastanının bir andırması, bir nüansı və məqamıdır. Filmin baş qəhrəmanı Kərəm deyil, adı Orxandır. Və film, sözün əsl mənasında, bir az erməni-Azərbaycan konteksindən çıxır... Sadəcə, daha böyük mətləblər olduğuna görə qarabağlı bir oğlan və erməni bir qız bu konteksdən çıxır".



Günay Mikayılova [erməni qızı rolunun ifaçısı]: "Razıyam, "Əsli və Kərəm"ə hardasa uyğun gəlir".



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG