Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 20:34

Seçkidə beynəlxalq aləmin rəyi nə dərəcədə həlledicidir?


Səs: Real audio
"Seçki kampaniyası polis zorakılığı və qorxutma ilə müşayiət olunur" Beynəlxalq aləmin uzun müddətdir ki, seçkilərlə bağlı Azərbaycan hakimiyyətnə qəbul etdirməyə çalışdığı iki məsələ müsbət həll olundu. Bunlar seçicilərin barmaqlarının seçki günü mürəkkəblənməsi və xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının seçkinin müşahidəsinə buraxılmasıdır.



Prezidentin oktyabrın 25-də bunu elan etməsinin ardınca ABŞ Dövlət Departamentinin sözcüsünün qısa yazılı bəyanatı yayıldı: "Birləşmiş Ştatlar Azərbaycan prezidentinin 25 oktyabr tarixli sərəncamını yaxşı qarşılayır. Bu, seçkinin şəffaflığı və düzgünlüyünü artıracaq. ABŞ Azərbaycan hökumətini həmin tədbirləri mümkün qədər tez gerçəkləşdirməyə və sərbəst toplaşmaya imkan verməyə çağırır".



Avropa Şurasının rəhbəri də həmin iki tədbiri alqışladığını bildirdi. Bunun həm seçkilərin şəffaf müşahidəsinə yol açacağına, həm də bir seçicinin dəfələrlə səs verməsinin qaşısını alacağına ümid etdiyini dedi.



Bir ilə yaxın idi ki, həm daxildə demokratik qüvvələrin tələbləri, həm də beynəlxalq aləmin təzyiqlərinin sonucu hələlik bu bir neçə cümləlik bəyanatlar və iki məsələnin müsbət həllidir.



Söhbətdə iştirak edirlər:



- Bakıdan tanınmış politoloq Mehdi Məmmədov;



- Frankfurtdan Avropa Liberal Gənclər Təşkilatının Azərbaycandakı seçkiləri müşahidə qrupunun rəhbəri Yanki Pürsün



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG