Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:24

Müxalifətin mitinq-konsertinə icazə verilmədi


Səs: Real audio
AXCP sədrinin müavini Həsən Kərimov: «Ya icazəsiz aksiya keçiriləcək, ya da meriyanı razı salmaq üçün təkrar danışıqlara gediləcək» ADP, Müsavat və AXCP-nin birləşdiyi «Azadlıq» seçki blokunun noyabrın 4-də Respublika Stadionunda keçirmək istədiyi mitinq-konsertə icazə verilmədi. Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) oktyabrın 31-də göndərdiyi məktubda həmin gün stadionda yarış keçirildiyi əsas gətirilərək, blokun tədbirinin baş tutmayacağı bəyan edilir.



AXCP sədrinin müavini Həsən Kərimovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, meriya mtiniq-konsert üçün «Azneftyağ» İstehsalat Birliyinin şəhərin müxtəlif yerlərində olan iki stadionunu, Ukrayna meydanını və «Motodrom»u məsləhət görür: «Bizim alternativ varinat kimi təklif etdiyimiz «Nərimanov» kinoteatrının qarşısı da məsləhət bilinməyib. Meriya hesab edib ki, həmin ərazidə nəqliyyatın hərəkətini məhdudlaşdırmaq şəhər küçələrində tıxaclar yaradacaq».



Həsən Kərimov deyir ki, blokun rəhbərləri noyabrın 1-də məsələ ilə bağlı son qərarını verəcəklər: «Ya icazəsiz aksiya keçiriləcək, ya da meriyanı razı salmaq üçün təkrar danışıqlara gediləcək».
XS
SM
MD
LG