Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:28
Rubrikalar

Noyabrda Naxçıvana təbii qaz veriləcək


Səs: Real audio
Mübariz Qurbanlı prezidentin 11 may və 25 oktyabr tarixli sərəncamlarının seçkiylə bağlı bütün iddialara son qoyduğunu deyir - Naxçıvana təbii qaz noyabr ayından veriləcək. Muxtar Respublikada bununla bağlı işlər başa çatıb, İran ərazisində isə indi son hazırlıq tədbirləri görülür.



Bu məlumatı "Azəriqaz" şirkəti verib. Həmin layihənin ümumi dəyəri 260 milyard manatdır, onun 140 milyard manatını "Azəriqaz" ayırıb. İrandan Naxçıvana hər il 350 milyon kubmetr qaz veriləcək, Azərbaycan isə Hacıqabul-Astara kəmərindən İrana həmin həcmdə qaz qaytaracaq.



Bu il İrandan Naxçıvana 52 milyon, 2006-cı ildə 250 milyon, 2007-ci ildə isə 350 milyon kubmetr qaz veriləcək.



- Hazırda Azərbaycanda neft sənayesində fəaliyyət göstərən xarici şirkətlərdə 17 min Azərbaycan vətəndaşı çalışır. Onların orta aylıq əməkhaqqı 900 dollardır.



Dövlət Neft Şirkətindən verilən məlumata görə, hazırda şirkətin bütün strukturlarında 58 min nəfər işləyir, onların orta aylıq əməkhaqqı isə 1 milyon 129 min manatdır. Beləliklə, Azərbaycanda neft sənayesində 75 min nəfər işləyir.



- Milli Bankdan verilən məlumata görə, oktyabrın 31-də 1 ABŞ dolları 4 597, 1 avro 5 540, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG