Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 23:30

ATƏT və Venesiya Komissiyasının rəyi YAP-ı qane etmir


Səs: Real audio
Mübariz Qurbanlı prezidentin 11 may və 25 oktyabr tarixli sərəncamlarının seçkiylə bağlı bütün iddialara son qoyduğunu deyir ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) və Venesiya Komissiyası (VK) Seçki Məcəlləsinə edilmiş düzəlişlər barədə yekun rəyinin layihəsini açıqlayıb. Sənəddə deyilir ki, Avropa Şurası Parlament Assambleyası və Nazirlər Komitəsinin israrlı tövsiyələrinə baxmayaraq ən mühüm təkliflər Azərbaycanın hakimiyyət orqanları tərəfindən yerinə yetirilməyib: «Qəbul edilmiş düzəlişlər əsasən texniki və az əhəmiyyətli məsələlərə aid olmaqla, 2003-cü il tarixli tövsiyələri yalnız məhdud dərəcədə əks etdirir. Düzəlişlərin bəziləri beynəlxalq standartlara uyğun olsa və hətta onların bir neçəsi əvvəlki tövsiyələrə cavab versə də, bu, Azərbaycanın Seçki Məcəlləsinin qanedici olmasına dair nəticə çıxarmağa səbəb ola bilməz».



DTİHB və VK təəssüflənirlər ki, əvvəlki tövsiyələrdən xeyli hissəsi düzəlişlərdə əks olunmayıb və ya olduqca məhdud şəkildə əks olunub. Həmin tövsiyələr seçki komissiyalarının təşkili, seçkiqabağı kütləvi tədbirlər üçün yer, maliyyələşdirmə müddəaları və müşahidəçilərlə bağlı idi. Yekun rəy layihəsində o da qeyd olunur ki, Seçki Məcəlləsində xaricdə yaşayan Azərbaycan vətəndaşlarının parlament seçkisində səs vermələrinin təşkili nəzərdə tutulmayıb.



Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini Mübariz Qurbanlı rəyi qərəzli sayır. O, prezident İlham Əliyevin 11 may və 25 oktyabr tarixli sərəncamlarının seçkiylə bağlı bütün iddialara son qoyduğunu deyir. Cənab Qurbanlı Azərbaycan hakimiyyətinin beynəlxalq təşkilatların təkliflərini daim nəzərə aldığını bildirir.



VK və DTİHB-nin Seçki Məcəlləsinə düzəlişlərlə bağlı yekun rəy layihəsi oktyabrın 22-də qəbul edilib. Bundan üç gün sonra, oktyabrın 25-də isə prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən seçki günü seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi və xaricdən maliyyələşən QHT-lərin seçkiyə müşahidəçi kimi buraxılmasına qoyulan qadağa götürülüb.
XS
SM
MD
LG