Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:50

«Gəl-gəl ayaz günləri...»


Səs: Real audio
Noyabrın 1-də isə sabiq nazirlərin hüquqlarını müdafiə təşkilatı yaradılacaq Noyabrın 15-də qış mövsümü başlanır. Hava proqnozuna görə, bu qış çox sərt olmalıdır



«Bir-iki gündür hava soyuyub, havalar soyumağa başlayıbsa, demək qış gəlir. Görürsüz, otağımız kiçikdir, ancaq indidən soyuqluq hiss olunur. Qaz azalanda çətin olur, işıq da azalır. Uşaqlara görə narahat oluram... yeməyi vaxtında bişirəcəyəm, yoxsa yox, işıq kəsilməyəcək ki?!... Qış gəldi, belədir də. Deyirlər, guya mənzillərə istilik də veriləcək. Adamın heç inanmağı gəlmir. Qaz-işıq vaxtında olsun, qızdırıcı işləməsə də olar».



İki uşaq anası olan Samirə Əhmədova Bakıda elə də ucqar sayılmayan 3-cü mikrorayonda yaşayır. Son günlər havaların soyuması onu qayğılandırıb. Çünki bu mənzərə mərkəzdən bir az kənarda yaşayan şəhər əhalisinə tanışdır. Hava soyuyursa, istilik azalır.



Ancaq şəhər təsərrüfatına nəzarət edən qurumlar qışa hazırlığın yaxşı getdiyini deyirlər.



Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qış mövsümü noyabrın 15-də başlanacaq. Həmin gündən təbii qazın, elektrinin həcmi qış mövsümünə uyğun artırılacaq.



Bakının elektrik təchizatıyla məşğul olan "Barmek-Azərbaycan" şirkətindən qışa hazır olduduqlarını dedilər. Şirkətin ictimaiyyətlə əlaqlər şöbəsinin rəhbəri Tanrıverid Mustafayev deyir ki, lazım olan təmir işləri həyata keçirilib. Bu qış evlərdə elektrikdə fasilə olmayacaq. Ancaq o vaxta qədər ki...



«Abunəçilərimizdən xahiş edirik ki, evlərini elektrik qızdırıcıları ilə isitməsinlər. Çox sayda, həm də standartlara uyğun olmayan qızdırıcılardan istifadə edəndə transformatorlar artıq yüklənir, fasilə yaranır, işıq kəsilir. Yoxsa bizdə hər hansı problem yoxdur...»



Bakı şəhər Qaz İstehsalı Baş İdarəsinin rəis müavini Nüsrət Qasımov da deyir ki, idarə qışa oktyabrın 15-dən hazırdır. Hava soyuduğundan mənzillərə verilən yanacağın həcmi bir az da artırılıb:



«Gündə 5 milyon 200 min kubmetr şəhərə qaz veririk. Baxmayaraq ki, hava elə də çox soyuq deyil. Qışa hazırlıq təkcə "Bakqaz"dan asılı deyil. Bu, bütün şəhər təsərrüfatından və əhalidən asılıdır. Problem istilikdən, işıqdan asılıdır. Əlbəttə, yük qazın üstünə düşsə, qaz azalacaq...».



Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalbov isə bildirir ki, bu ildən mənzillər çoxdan istifadə olunmayan istilik sistemləriylə qızdırılacaq. Ancaq bütün mənzillər yox:



«Qış mövsümünə keçmək haqqında Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı noyabr aynın 15-də olacaq. Ona qədər biz istilik sistemlərinin yüksək səviyyədə hazır olması ilə əlaqədar tədbirlər planı hazırlamışıq. Söz vermişdik ki, 1650 binada istilik olacaq. Yəni 3200 istilik ala biləcək binadan 1650-də istilik olacaq. Noyabr ayının 15-nə qədər bu, olacaq».



Bakı şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, qışa hazırlıqla bağlı qazpaylayıcı şəbəkələrdə, qazanxanalarda təmir işləri başa çatmaq üzrədir. Bakının qışa necə hazır olması isə noyabrın 15-də bilinəcək.
XS
SM
MD
LG