Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:20

Eldar Salayevin hüquqlarını Müdafiə Komitəsi yaradıldı


Səs: Real audio
Noyabrın 1-də isə sabiq nazirlərin hüquqlarını müdafiə təşkilatı yaradılacaq Oktyabrın 31-də Milli Elmlər Akademiyasının sabiq prezidenti, ADP sədri Rəsul Quliyevin Azərbaycana qayıdışını təmin etmək üçün yaradılmış Milli Komitənin üzvü Eldar Salayevin hüquqlarını Müdafiə Komitəsi (MK) yaradılıb. «Azadlıq» blokunun Mərkəzi Seçki Qərargahının katibi Fəhmin Hacıyevin verdiyi məlumata görə, qurumun əsas məqsədi cənab Salayevin azad olunmasına çalışmaqdır: «Biz akademikin həbsini qanunsuz sayırıq və onun seçki gününə qədər azad edilməsini tələb edirik».



Cənab Hacıyev deyir ki, MK bu məqsədlə Azərbaycandakı diplomatik korpuslara, beynəlxalq təşkilatlara və prezident İlham Əliyevə müraciət etməyi planlaşdırır.



O, MK-nın toplantısında E.Salayev buraxılmayacağı təqdirdə kütləvi aksiyaların keçirilməsi, seçkinin boykot edilməsi və s. təkliflərin səsləndiyini söyləyir.



Noyabrın 1-də isə dövlət çevrilişinə cəhddə təqsirləndirilərək həbs olunmuş keçmiş nazirlərin hüquqlarının müdafiəsi ilə bağlı qurumun təsis ediləcəyi gözlənilir. Bu barədə «Azadlıq» radiosuna məlumat verən «Milli Yol» qəzetinin baş redaktoru Şahin Ağabəyli deyir ki, təşkilatda ziyalılar, siyasətçilər və digər şəxslər təmsil olunacaq: «Məqsəd həbsdə olan keçmiş nazirlərin ədalətli mühakimə olunmaq huquqlarının təmin edilməsinə yardımçı olmaqdır. Digər tərəfdən isə cəmiyyətdəki qorxunun aradan qaldırılmasına nail olmaq istəyirik».



Akademik Eldar Salayev kütləvi iğtişaşın təşkilində təqsirli bilinərək oktyabrın 30-da üç ay müddətinə həbs olunub.



Keçmiş Maliyyə, İqtisadi İnkişaf və Səhiyyə nazirləri - Fikrət Yusifov, Fərhad Əliyev və Əli İnsanov isə dövlət çevrilişinə cəhdi maliyyələşdirməkdə, mənimsəmə və israfetmədə və s. bir sıra ictimai-təhlükəli əməllərdə günahlandırlaraq həbs ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG