Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

Seçki komissiyalarında təmsil olunan müəllimlərə müraciət olundu


Səs: Real audio
Dairə seçki komissiyaları rəhbərlərinə mürəkkəbdən istifadə olunması nümayiş etdirilib «Bu gün hətta dünyanın yüksək tribunalarından Azərbaycan müəlliminin adının seçki saxtakarlıqlarında hallanması acınacaqlıdır».



Bu fikirlər Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının oktyabrın 31-də həmkarlarına etdiyi müraciətdəndir. Müraciətdə deyilir ki, Azərbaycan tarixi bir sınaq ərəfəsindədir: «Son illər xalqın etimadına arxalana bilməyən hakimiyyət dairələri bütün seçki proseslərini saxtalaşdıraraq, cəmiyyətin aparıcı təbəqəsi olan müəllimləri də öz çirkin oyunlarına şərik etmişlər».



Müraciətdə bildirilir ki, Dairə və Məntəqə Seçki komissiyalarında təmsil olunan müəllimlər saxtakarlıqlarda işitikaçı olmağa təhrik edilməkdədirlər. «Biz sizi bu prosesdə iştirakçı olmaqdan çəkinməyə çağırırıq. Sizi saxtakarlığa təhrik edənlərə, işdən qovmaqla hədələyənlərə qarşı dayanın!» - deyə, müraciətdə vurğulanır.

Günün bütün mövzuları

XS
SM
MD
LG