Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:20
Rubrikalar

Ötən həftədən tarix elmləri namizədi Mehdi Məmmədov danışır


Səs: Real audio
Dairə seçki komissiyaları rəhbərlərinə mürəkkəbdən istifadə olunması nümayiş etdirilib Ötən həftə əsasən bir neçə hadisə ilə yadda qalıb. Bunlardan birincisi ölkə prezidentinin seçkilər haqqında verdiyi sərəncamdır. Gecikmiş də olsa, müəyyən mənada seçkilərin demokratik əhval-ruhiyyədə keçirilməsinə təsir göstərməmiş deyil.



İkincisi Sovet banklarında qalan əmanətlərin qaytarılması məqsədilə dövlət komissiyasının yaradılması haqqında verilən sərəncamdır. Bu sərəncamlar ölkədə çox müsbət qarşılanır.



Çox təəssüfləndirən hadisə də odur ki, tanınmış akademik, Azərbaycan Elmlər Akademiyasının uzun müddət prezidenti olmuş Eldar Salayev saxlanılıb. Və bunun nə ilə qurtaracağı hələ bilinmir...



Məndə böyük vətənpərvərlik hissi aşılayan bir məsələ də odur ki, Azərbaycan idmanı son illərdə dünya miqyasında çox uğurlu addımlar atır. Xüsusilə də bizim qadınlardan ibarət voleybol yığmamızın İtaliya komandasına qalib gəlməsi məndə çox böyük fəxarət hissi oyadıb.
XS
SM
MD
LG