Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:35

«Azadlıq» radiosunun növbəti uğuru<p align=`left`><br><br>


Səs: Real audio
"Azadlıq" radiosunun müxbiri Rövşən Qənbərov "Caucasus Environment" – "Qafqazda ətraf mühit" adlı dərginin mükafatını alıb O, həmin mükafata Azərbaycanda otlaqların səhralaşması – heyvandarlığın ifrat inkişafı nəticəsində ot örtüyünün kasadlaşmasından bəhs edən məqaləsinə görə layiq görülüb.



"Caucasus Environment" dərgisinin baş redaktoru Katrin Nakaşidze "Azadlıq" radiosuna müsahibəsində həmin məqalənin mükafata layiq görülməsinin səbəbini belə izah edir:



"Biz bu yazını professionallığına görə seçdik. Mövzu da maraqlıdır, ancaq əsas məsələ professionallıqdır. Məqalənin yazılış tərzi, araşdırmanın problemi geniş əhatə etməsi diqqətimizi çəkdi. Burda həm nazirin, həm QHT-lərin, həm sadə insanların mövqeyi var".



Katrin Nakaşidze deyir ki, "Caucasus Environment" dərgisinin elan etdiyi müsabiqənin üç qalibi olub – Gürcüstandan Laşa Çxartişvili, Ermənistandan Cefri Tufenkyan və Azərbaycandan Rövşən Qənbərov.



"Caucasus Environment" eyni adlı QHT şəbəkəsinin dərgisidir. Məqsədi Qafqazın ekologiya problemlərinin həllində Azərbaycan, Ermənistan və Gürcüstan arasında əməkdaşlığa zəmin yaratmaqdır. Hazırda şəbəkədə Qafqaz ölkələrindən 500-dən artıq QHT təmsil olunur.



Daha ətraflı:



BEST ENVIRONMENT JOURNALISM INVESTIGATION
XS
SM
MD
LG