Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:24

Mürəkkəb seçicilərin sol əlinin baş barmağının üstünə vurulacaq<p align=`left`><br><br>


Səs: Real audio
MSK barmaqların mürəkkəblə işarələnməsi haqda təlimat qəbul etdi Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 29-da seçicilərin barmaqlarının mürəkkəblə işarələnməsi haqda təlimat qəbul edib. Təlimata görə, hər bir seçicinin sol əlinin baş barmağının üstünə, daha dəqiqi, dırnağın və dərinin bir hissəsinə gözlə görünməyən mürəkkəb vurulacaq.



Təlimata əsasən seçici səsvermə məntəqəsinə daxil olarkən onun barmağı ultrabənövşəyi lampanın işığında nəzərdən keçiriləcək. Əgər barmaqda rəngsiz mürəkkəbin izləri yoxdursa, onun barmağı mürəkkəblənəcək və səsverməsinə şərait yaradılacaq, əks təqdirdə, yəni barmaqda mürəkkəb izləri aşkarlanarsa (rəngsiz mürəkkəbin izləri ultrabənövşəyi şüalarda ağ ləkə kimi görünür ) seçici məntəqini tərk etməyə məcbur ediləcək və seçici siyahısında bu barədə müvafiq qeyd aparılacaq.



Təlimata görə, barmaqlara mürəkkəb xususi qablardan çiləmə üsulu ilə vurulacaq.



MSK katibi Vidadi Mahmudlu deyir ki, mürəkkəb qabları hər bir seçki məntəqəsinə seçicilərin sayına uyğun olaraq veriləcək: «Əgər məntəqədəki seçicilərin sayı 500-ə yaxındırsa, bir, 1000 nəfərdirsə iki, 1500-dürsə üç mürəkkəb qabı veriləcək. Bundan başqa hər məntəqəyə iki ultrabənövşəyi lampanın verilməsi də nəzərdə tutulub».



Təlimata əsasən barmaqların mürəkkəblə işarələnməsi prosesini mətbuat işçiləri də izləyə bilərlər.



MSK sədri Məzahir Pənahov prezident İlham Əliyevin xahişi ilə Gürcüstan hökumətinin mürəkkəb və müvafiq avadanlıqları Azərbaycana verdiyini bildirir.



Barmaqların mürəkkəblə işarələnməsi təkrar səsvermənin qarşısını almaq üçün atılan addımdır.



Barmaqların mürəkkəblənməsi prezident İlham Əliyevin oktyabrın 25-də imzaladığı «Seçkilərin hazırlanması və keçirilməsilə bağlı təxirəsalınmaz tədbirlər haqqında» sərəncamda nəzərdə tutulub. Sənəddə MSK-ya tövsiyə edilirdi ki, seçki günü seçicilərin barmaqlarının gözlə görünməyən mürəkkəblə işarələnməsi qaydalarına dair təlimat hazırlasın.
XS
SM
MD
LG