Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:12

Yüksək vəzifəlilərin həbsi: yerlibazlıq, yoxsa islahat?


Səs: Real audio
Həmçinin müxalifət tərəfdarlarının həbsindən narahatlığını bildirir "Artıq cəmiyyətdə hakimiyyətdən narazı olan qərbi azərbaycanlıların sayı durmadan artır. Əgər bizim səsimiz eşidilməsə, növbəti mitinqlərdə hakimiyyətin bu addımından narazı qalan 10 minlərlə qərbi azərbaycanlının iştirakını istisna etmirik".



Bunu Əli İnsanovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Rizvan Talıbov deyir. Bu, evindən 25 kilo qızıl-brilyant çıxan keçmiş səhiyyə nazirinin problemini bütün əslən ermənistanlıların problemi kimi qələmə verməkdir, yoxsa narazılığa ciddi əsaslar var?



Rizvan Talıbov: "Prezidentin belə bir kəskin addım atmağa vadar edilməsi və xüsusən Əli İnsanov haqqında həbs-qətimkan tədbirinin seçilməsi hakimiyyətdaxili mübarizənin tərkib hissəsidir".



Prezidenti vadar etmək olarmı?



Açıq mətbuatda gedənlərdən iki misal. "Eurasia View" yazır ki, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Lebedev Bakıya gələndə İlham Əliyevə hədiyyə gətirdi. Bu hədiyyə Fikrət Yusifovun Sank-Peterburqdan Rəsul Quliyevlə telefon danışığının lent yazısı idi.



Beynəlxalq Böhran Qrupu Azərbaycanla bağlı 13 may 2004-cü il tarixli təhlilində yazırdı kı, "hakimiyyətdə naxçıvanlı və ermənistanlı qruplar digər regional qrupları sıxışdırıb çıxarıblar. Naxçıvanda anadan olan, ancaq əsli Ermənistandan olan Heydər Əliyev bu iki qrupu həmişə tarazlaşdırıb". Böhran Qrupu misal kimi yazırdı ki, məsələn, "Aparat daxilində Ramiz Mehdiyev Akif Muradverdiyevlə tarazlaşdırılır". İndi prezidentin işlər müdiri Muradverdiyev həbsdədir.



Böhran Qrupunun başqa misalı. "Ermənistanlıların ictimai təşkilatı "Ağrıdağ"dır, "Ağrıdağ"ın lideri Əli İnsanovla Ramiz Mehdiyevin mübarizəsi gələcək siyasi davaların mənbəyi ola bilər". İndi Əli İnsanov da həbsdədir.



Son günlərin həbslərində siyasi rəng varmı? Məsələn, klan baxımından yanaşılanda Fikrət Yusifov, Fikrət Sadıqov ermənistanlı deyillər, naxçıvanlıdırlar. Fərhad Əliyevsə ümumiyyətlə, heç birinə aid deyil.



Bununla belə, Azərbaycanın ən böyük və fəal ictimai-siyasi təbəqəsi olan əslən ermənistanlıların hakimiyyətdən narazı qalmasının hansı təhlükəsi var? Ya bəlkə artıq İlham Əliyev üçün yerliçilik amilinin əhəmiyyəti yoxdur və regional hakimiyyət qrupları keçmişdə qalır?



Söhbətimizin qonaqları:



– "Xalq qəzeti"nin keçmiş baş redaktoru Mahal İsmayıloğlu;



- Böyük Quruluş partiyasının sədri Fazil Qəzənfəroğlu



Daha ətraflı Audio hissədə
XS
SM
MD
LG