Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:00
Rubrikalar

Energetika sistemi gücləndirilmiş iş rejiminə keçəcək


Səs: Real audio
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Giya Kafkaradze mürkəkəb və onu aşkar elən detektorları Azərbaycanın Tbilisidəki səfirinə təqdim edib Gələn il Xüsusi Dövlət İnvestisiya Şirkəti adlı yeni qurum yaradılacaq. Şirkətin nizamnamə kapitalının formalaşması üçün Dövlət Neft Fondundan təxminən 100 milyon dollar ayrılacaq.



Maliyyə Nazirliyindən verilən məlumata görə, şirkətin yaradılmasında əsas məqsəd dövlətə məxsus olan xüsusi müəssisələri inkişaf etdirmək, bu müəssisələrə sərmayə qoymaq və yeni iş yerləri açmaqdır. İndi şirkətin əsasnaməsinin hazırlanması üzərində iş gedir.



- Noyabrın 5-7-də ölkənin elektroenergetika sistemi gücləndirilmiş iş rejiminə keçəcək. Bu barədə "Azərenerji" Səhmdar Cəmiyyətindən bildiriblər. Bu qərar prezidentin “Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” sərəncamına əsaslanır. Həmin günlər elektrik stansiyalarında təmir işləri dayandırılacaq, yüksəkgərginlikli yarımstansiyaların əsas qurğuları və ötürücü xətlər yoxlanılacaq.



- Oktyabrın 28-ə olan məlumata görə, Milli Bankda 1 dollar 4 596, 1 avro 5 579, 1 rubl isə 161 manatdır.
XS
SM
MD
LG