Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:37

QHT-lərə olan qadağa götürüldü


Səs: Real audio
Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Giya Kafkaradze mürkəkəb və onu aşkar elən detektorları Azərbaycanın Tbilisidəki səfirinə təqdim edib Oktyabrın 28-də Milli Məclis «Qeyri-hökumət təşkilatları haqqında» qanuna düzəliş edərək 30 faizdən çox xaricdən maliyyələşən QHT-lərin seçkinin monitorinqində iştirakına qoyulmuş qadağanı ləğv edib. Ancaq barmaqların mürəkkəblə işarələnməsi ilə bağlı Seçki Məcəlləsinə əlavə edilməyib. Parlamentin spikeri Murtuz Ələsgərov deyib ki, bu problemlə Mərkəzi Seçki Komissiyası (MSK) məşğul olur. Onun sözlərinə görə, mürəkkəbin tətbiqinə ehtiyac yox idi, bu, beynəlxalq təşkilatların «səsini kəsmək» üçün edilib.



MSK katibi Vidadi Mahmudlu isə deyir ki, barmağın mürəkkəblənməsi ilə bağlı təlimatın layihəsi demək olar ki, hazırdır: «Sadəcə, onun qəbulu texniki məsələlərə görə yubanır». Onun sözlərinə görə, mübahisə hansı barmağın mürəkkəblə işarələnməsi ilə bağlıdır.



Cənab Mahmudlu bildirir ki, seçki komissiyasına daxil olan vətəndaşın səsvermədə iştirakını müəyyənləşdirmə, yəni barmağa mürrəkəb vurulub-vurulmamasını yoxlama prosesində komissiya üzvü ilə yanaşı, digər müşahidəçilər də iştirak edə biləcəklər.



Bu arada Gürcüstan hökuməti prezident İlham Əliyevin gözəgörünməyən mürəkkəblə bağlı müraciətinə müsbət cavab verib. Oktyabrın 28-də Gürcüstanın Mərkəzi Seçki Komissiyasının rəhbəri Giya Kafkaradze mürkəkəb və onu aşkar edən detektorları Azərbaycanın Tbilisidəki səfirinə təqdim edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG