Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:13

ATƏT MSK-da işgüzarlıq mühitinin pozulduğunu bildirir


Səs: Real audio
Təşkilatın Müşahidə Missiyası sayca üçüncü hesabatını yayıb «İcra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxiləsi ilə bağlı məlumatlar daxil olmaqdadır. Bunu yüksək çinli məmurlar da etiraf edirlər. Bu isə prezidentin 11 may tarixli sərəncamının pozulması deməkdir».



Oktyabrın 28-də ATƏT-in Müşahidə Missiyasının yaydığı sayca üçüncü hesabatda belə deyilir.



Oktyabrın 8-dən 21-dək olan dövrü əhatə edən sənəddə bildirilir ki, Mərkəzi Seçki Komissiyasında (MSK) qeydiyyatdan keçmiş 437 şikayətdən dörddə biri məhz icra orqanlarının seçkiyə müdaxiləsi ilə bağlıdır. Mərkəzin və eləcə də aşağı seçki komissiyalarının bu qanun pozunutlarının qarşısını ala bilməməsi və hüquq-mühafizə orqanlarının onları araşdırmaması seçki prosesinə çox ciddi təsir göstərir.



Hesabatda deputatlığa namizədlərin və ya seçki bloklarının çoxsaylı yürüşlər keçirdiyi, bu zaman genişmiqayslı polis həbsləri, müxalifət üzvləri və tərəfdarlarının qorxudulması hallarının baş verdiyi bildirilir. Sənəddə deyilir ki, oktyabrın 17-də ADP sədri Rəsul Quliyevin gözlənilən qayıdışı bütün ölkədə genişmiqyaslı təhlükəsizlik əməliyyatının aparılmasına və çoxsaylı həbslərə səbəb olub. Hökumət öz hərəkətlərini dövlət çevrilişinin qarşısını almaqla əsaslandırıb.



Sənəddə bildirilir ki, MSK öz iclaslarını keçirməkdə davam etsə də, son vaxtlar işgüzarlıq mühiti pozulub.



Hesabat oktyabrın 8-dən 21-dək olan dövrü əhatə etdiyindən prezidentin 25 oktyabr sərəcamı haqda heç nə deyilmir. Həmin sərəncamda isə ölkə başçısı MSK-ya tövsiyə edir ki, seçki komissiyalarına daxil olan şikayətlərə baxılma qaydalarına dair təlimatı qısa müddətdə hazırlasın.



MSK katibi Natiq Məmmədov isə qurumla bağlı deyilənləri qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG