Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:33

İlin sonunadək 156 məktəb kompüterlə təchiz olunacaq


Səs: Real audio
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Metyu Brayza: «Hökumət ölkədə qayda-qanunun saxlanması çərçivəsindən kənara çıxan güc tətbiqinə yol verilməməsi üçün zəruri tədbirlər görməlidir» Bu ilin sonunadək 156 məktəb kompüterlə təchiz olunacaq. 4557 ədəd kompüter Bakı və Sumqayıt məktəblərinə paylanacaq. «Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı» Proqramına əsasən 2007-ci ilin sonunadək regionlarda yerləşən bütün orta məktəblərə də kompüter və digər avadanlıqlar veriləcək. Proqramın nəticəsi olaraq hər 33 şagirdə bir kompüter düşəcək.



Təhsil naziri Misir Mərdanov: «Bu proqram həyata keçirildikdən sonra Azərbaycanda hər 33 şagirdə bir kompüter düşəcək. Bundan başqa 100 min yeni iş yerinin açılması gözlənilir».



Proqrama ayrılmış 30 milyon dolların 4 milyon dolları bu il xərclənəcək.



Proqramda həmçinin elektron tədris materiallarının, dərsliklər və kitabxanaların, təhsilin müasir metodologiyasının işlənib hazırlanması da nəzərdə tutulub.



Cənab Mərdanovun sözlərinə görə, proqram çərçivəsində artıq kompüter və digər avadanlıqların məktəblərə verilməsinə və elektron təlim materiallarının hazırlanmasına başlanıb, 4340 nəfər müəllim treninqlərdən keçib.
XS
SM
MD
LG