Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:22
Rubrikalar

Bölgələrdə idmanın inkişafı üçün proqram hazırlanıb


Səs: Real audio
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli nümayəndəsi Metyu Brayza: «Hökumət ölkədə qayda-qanunun saxlanması çərçivəsindən kənara çıxan güc tətbiqinə yol verilməməsi üçün zəruri tədbirlər görməlidir» - Oktyabrın 29-da İsraildə taekvando üzrə beynəlxalq turnir keçiriləcək. Turnirdə Azərbaycan dörd idmançı – Samir Aydınov (58 kq), Fuad Nuriyev (68 kq), Fəqan Umudov (80 kq) və Təvəkkül Bayramov (84 kq) ilə təmsil olunacaq.



- Voleybol üzrə qadınlar arasında 2006-cı ildə Yaponiyada keçiriləcək Dünya Çempionatında (DÇ) iştirak edəcək 12 komanda qruplara ayrılıb. İlk dəfə DÇ –yə vəsiqə qazanan Azərbaycan yığması reytinqi aşağı olduğundan üçüncü səbətə düşüb. Qrupların tam tərkibi isə noyabrın 29-da Tokioda keçiriləcək püşkatma nəticəsində formalaşacaq.



- Gənclər, İdman və Turizm Nazirliyi Azərbaycanın bölgələrində idmanın inkişafı üçün proqram hazırlayıb. Bu haqda nazirliyin Mətbuat Xidmətinin rəhbəri Raqif Abbasov məlumat verdi: «Proqrama görə, bölgələrdə daha çox beynəlxalq yarışların keçirilməsi, bunun üçün yerli Olimpiya İdman komplekslərindən baza kimi istifadə olunması, idmançıların yetişdirilməsi üçün seleksiya işlərinin aparılması nəzərdə tutulur».



- Oktyabrın 29-da həndbol üzrə «Challenge Trophy Cup-2005» turnirinin sonuncu oyunları keçiriləcək. Azərbaycan yığma komandası Moldova yığmasıyla qarşılaşacaq.
XS
SM
MD
LG